Uğurunuz, göstəricimizdir.

HAQQIMIZDA


Academy PLATO kreativ öyrənmə, inkişaf və beyin mərkəzidir. 2019-cu ildən etibarən başlatdığımız fəaliyyətimiz fəlsəfi və tənqidi düşüncəni və elmi tərəqqini dəstəkləməyə yönləndirilmişdir. Peşəkar komandamız və ekspertlərimiz ilə birlikdə - sənaye, icma və təhsil institutlarını birləşdirən elm mərkəzi olmağa çalışırıq. Müasir tendensiyaları və müxtəlif sənaye sahələrinin tələbləri qarşılamaq məqsədilə, altı (təhsil, təlim, təcrübə, tədqiqat, təbliğat və tədbirlərin təşkili) əsas istiqamətimiz üzrə on iki xidmət növü təklif edirik. B2B və B2C kanalları vasitəsilə cəmiyyətimizin tranformasiyasında töhfəmizi vermək, müasir və daha rəqabətqabiliyyətli əmək bazarını formalaşdırmaq niyyətindəyik.

Fərqlİlİyİmİz
Biz elm, təhsil və incəsənəti birləşdirən mərkəzik. Xidmətimizə yaradıcı strategiya, innovativ metod və müasir yanaşmalar tətbiq edirik. Bizə müraciət edən hər kəsə fərqli və individual yanaşırıq. Tələbələrimizin ən yaxşı öyrənmə üsuluna ən uyğun metod və proqramlar tərtib edirik. Üzvlərimizə və komandamıza həm elmi, həm peşəkar, həm də şəxsi dəstəyimizi əsirgəmirik.
Məqsədlərİmİz
Academy PLATO-nun əsas üç məqsədi var: 1) Tədqiqat sahəsinə marağın artırılması üçün təbliğat və maarifləndirmə işləri aparmaq; 2) Elmi tərəqqiyə dəstək olacaq xidmətləri yüksək səviyyədə təmin etmək; 3) Dördüncü sənaye inqilabı nəticəsində əmək bazarında yaranan boşluqların, xüsusilə də beynəlxalq səviyyədə çalışan yerli şirkətlərin tələbinə uyğun kadrlar hazırlamaq. Məqsədimiz yalnız Z və Alpha nəsli deyil, eyni zamanda Me, X və Y nəsli üçün də xüsusi proqramlar təşkil edilməsini əhatə edir. Əmək bazarına inteqrasiya ilə yanaşı, gənc nəslin dünya görüşünün artırılması və mənəvi dəyərlərin aşılanması da məqsədlərimiz arasındadır.
Dəyərlərİmİz
Bizim ali dəyərlərimiz: Dövlətin qanunlarına riayət etmək; Yerli icmanın mədəni dəyərlərinə ehtiram göstərmək; Beynəlxalq standartlara cavab verən keyfiyyətli xidmət göstərməklə Azərbaycanın beynəlxalq rəqabətliliyinin artırılmasına nail olmaq; Pedaqoji etika və elmi-tədqiqat əxlaqını təbliğ etmək; Gəncləri maarifləndirmək və onların elmə marağını yüksəltmək və onların təcrübə proqramlarında ədalətli, bərabər və heç bir ayrı-seçkiliyə yol vermədən iştirakını təşkil etmək; Əməkdaşlarımız üçün layiqli iş yeri yaratmaq və ədalətli maaş təyin etmək. Dəyərlərimizlə bağlı daha ətraflı məlumatı “Etik davranış kodeks”-imizdən əldə edə bilərsiniz.








Azərbaycan, Bakı şəhəri, Caspian Plaza
+99451 505 21 11
hello@academyplato.az