BİZİM XİDMƏTLƏRİMİZ
PLATO on iki əsas xidmət növü təklif edir. Xidmətlərimizi Sizə təqdim edirik:
Elmi tədbirlər və tədris üçün dizayn və marketinq xidmətləri
Elmi tədbirlərin təşkili ilə yanaşı, Sizə A-dan Z-yə dizayn və marketinq xidmətlərimizi təklif edirik. Tədbir üçün loqonun hazırlanması, saytların qurulması, müxtəlif promo materialların hazırlanmaşı və çap etdirilməsi, elmi kitabça, jurnal və digər dövrü və birdəfəlik nəşrlərin edilməsi göstərdiyimiz xidmətlər arasındadır. Tədbir zamanı müxtəlif marketinq və təşviqat xidmətlərimizdən də yararlana bilərsiniz. Müxtəlif fənnləri tədris edən müəllimlərə dərs üçün təqdimatlarının hazırlanmasına da dəstək göstəririk. Komandamızın peşəkar dizaynerləri, kodlaşdırma mütəxəssisləri və tədbir ekspertləri Sizin ideyalarınızı ən yüksək keyfiyyətdə reallaşdırmağa hazırdır. Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın.