BİZİM XİDMƏTLƏRİMİZ
PLATO on iki əsas xidmət növü təklif edir. Xidmətlərimizi Sizə təqdim edirik:
Müsabiqə və yarışlar
PLATO yaradıcılıq və düşüncə mərkəzi olmaqla, həm də elmin təbliğatçısıdır. Hər il müxtəlif elm sahələri üzrə tərəfimizdən təşkil olunan müsabiqə və yarışlarda iştirak etməklə, həm biliyinizi qiymətləndirə, həm də böyük ailəmizin bir üzvünə çevrilə bilərsiniz. Müsabiqələrimiz barədə daha ətraflı məlumat əldə edə bilmək üçün bizi mütəmadi izləyin. Yarışların qaliblərinə müxtəlif hədiyyələr verilir. Müsabiqə və yarışlar müxtəlif yaş kateqoriyaları arasında keçirilir. Şərtlərə uyğun olduğu təqdirdə, iştirak haqqı qazana bilərsiniz. Sahədən və təşkilati məsələlərdən asılı olaraq, hər bir müsabiqənin şərti fərqlənə bilər. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.