Biz inanırıq ki, elmin inkişafında elmi müzakirələrin və məlumatların elmə əsaslanan fikirlərin mübadiləsi önəmli yer tutur. Müxtəlif elm sahələrindən olan ekspertlərin elmi müzakirəsini dinləməklə, gənclərə həm örnək, həm də dəstək ola bilərik. Bizim dəyirmi masalara həm iştirakçı,, həm də dinləyici kimi qoşula bilərsiniz. Diskussiyalar zamanı ekspertlərə suallarınızı verə və öz ixtisasınız üzrə innovativ baxışları öyrənə bilərsiniz. Dəyirmi masaların təşkilində əsas məqsədimiz elmi iş aparan gəncləri elm nümayəndələri ilə bir araya gətirmək və aparılan müzakirələrlə sahədə daha yaradıcı işlərə dəstək verməkdir. Həm sahənin peşəkarlarının, həm də maraqlı kəslərin heç bir təsir altında olmadan öz fikirlərini sərbəst ifadə edə bildiyi müzakirələr aparılır. Elmi müzakirələrimizdə əhatə olunan əsas mövzular - təhsil və pedaqogika, iqtisadiyyat və idarəetmə, texnologiya və innovasiyalar, mədəniyyət və incəsənət psixologiya və sosialogiyadır. Ölkəmizdə və dünyada baş verən məsələlərin müzakirə olunduğu dəyirmi masamızda iştirak etmək üçün bizimlə əlaqə saxlayın.