Etik Kodeks
PLATO Etik Kodeksi - komandadaxili, eləcə də, komandanın ambassadorlar, üzvlər və digər əməkdaşlıq edilən qurum nümayəndələri ilə davranış və yanaşmada gözlənilməli olan dəyərlər toplusunu özündə birləşdirir. PLATO komandası tərəfindən sərgilənən davranış və yanaşma, PLATO üzvləri üçün nümunəvi davranış hesab olunur. Etik Kodeks dəyərləri pozularsa, ilk əvvəl xəbərdarlıq verilir. Bu cür hallar davamlı olaraq təkrarlanarsa, üzv komandadan uzaqlaşdırılır. PLATO üzvlüyü olan şəxslərin üzvlüyü ləğv olunur, ambassador və əməkdaş təşkilatlarla əlaqələrimizə xitam verilir. Hər kəsi aşağıda qeyd olunmuş əsas dəyərlərimizə qarşı məsuliyyətli olmağa çağırırıq