BİZİM XİDMƏTLƏRİMİZ
PLATO on iki əsas xidmət növü təklif edir. Xidmətlərimizi Sizə təqdim edirik:
Sertifikatlı təlimlər
Müasir dövrdə təlimlər istənilən mövzuda məlumatlı olmağa kömək edir. PLATO tərəfindən təşkil olunan və müxtəlif mövzuları əhatə edən təlimlərdə iştirak etməklə səriştəliyinizi artıra və etibarlı sertifikatlar qazana bilərsiniz. PLATO Sertifikatları iştirak və müvəffəqiyyətə görə verilməklə iki kateqoriyaya bölünür. Təlimlərimizdə iştirak etmiş və müvəffəqiyyət sertifikatı qazanmış üzvlərimiz tərəfimizdən müxtəlif təcrübə proqramlarına cəlb olunur və onların i.lə təmin olunmalarına dəstək göstərilir. Təlimlərimiz barədə ətraflı məlumatı sosial şəbəkələrdə və saytımızda görə bilərsiniz. PLATO üzvlüyü əldə etmiş şəxslərə hər ayın əvvəli ay ərzində baş tutacaq təlimlər barədə məlumat göndərilir. Üzvlük, təlimlərdə iştirak və təlimçi olaraq komandamıza qoşulmaq kimi məsələlərlə bağlı sualınız varsa, bizimlə əlaqə saxlayın.