"Yüz eşitməkdənsə, bir dəfə görmək" devizi ilə həyata keçirdiyimiz ekskursiyalarımızın əsas məqsədi maarifləndirmək və öyrətməkdir. Ekskursiyalarımızda iştirak etməklə həm yeni peşə sahələri ilə bağlı məlumatlar əldə edəcək, həm də öz ixtisasınızla bağlı müasir tələbləri daha aydın görəcəksiniz. Təbiət, kənd-təsərrüfatı, tarix və arxeologiya, mədəni irs və sənətkarlıq, sənaye və istehsal, təlim və təcrübə kimi mövzuları əhatə edən ekskursiyalarımızda həm dünya görüşünüz zənginləşəcək, həm də daha dolğun məlumatlar əldə edəcəksiniz. Təcrübəli tur bələdçilərimizin rəhbərliyi ilə məkanla tanış olacaq, maraqlı faktlarla bağlı məlumat əldə edəcək və "beyin fırtınası"nda iştirak edəcəksiniz. Təşkil etdiyimiz qrup ekskursiyalarda iştirak edə, eyni zamanda, individual ekskursiyalar sifariş edə bilərsiniz. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.