PLATO - müxtəlif elm sahələrini və mütəxəssisləri bir araya gətirən platformadır. Müxtəlif mövzularda təşkil etdiyimiz təqdimatlara qatılmaqla, mövzu üzrə ümumi bilik əldə edə biləcəksiniz. Təqdimat üçün təşkil olunan mövzular bütün elm sahələri, peşəkar inkişaf, müxtəlif İT proqramları, fəlsəfə və sənətkarlıq sahələri üzrə tədqiqatlarıı əhatə edir. Hər ay bir neçə təqdimat təşkil olunur. Təqdimatları həm canlı, həm də onlayn izləmə imkanı yaradılır. Şərtlərdən asılı olaraq, bəzi təqdimatlarda iştirak məhdudiyyəti olsa da, çalışırıq ki, hər kəsə əlçatan təqdimatlar təşkil edək. Təqdimatlarımız barədə məlumatlı olmaq üçün sosial şəbəkə hesablarımızı izləməyinizi, mütəmadi saytımızda "PLATO Tədbirləri" bölümün yoxlamağınız gərəkdir. PLATO üzvlüyünə əldə edən hər kəsə növbəti ay ərzində təşkil olunacaq bütün tədbirlər, eləcə də təqdimatlar barədə məktub göndərilir. Təqdimatlarda böyük üstünlük tədqiqatlara və onların nəticələrinə verilir. Əgər Sizin də təqdim etməyə elmi işiniz varsa, Sizi təqdimatçı olaraq bizə qoşulmağa dəvət edirik. Ətraflı məlumat üçün bizə yazın.