PLATO komandası olaraq elmi tədbirlərin təşkilində A-dan Z-yə bütün xidmətləri təklif edirik. Tədbirlərin təşkili xidmətimiz tədbirin hər bir mərhələsində (əvvəl, tədbir zamanı və sonra) müxtəlif xidmətləri özündə birləşdirir. Tədbirin keçirilməsi üçün yerin seçilməsi, elanların verilməsi, qonaqların dəvət olunması, müxtəlif MEDİA kanallarında təşviqat və təbliğat kampaniyalarının aparılması, dizayn və promo materialların hazırlanması və digər xidmətləri peşəkar komandamızla həyata keçirə bilərik. Xidmətimiz haqqda daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.