Müəllif: Səidə Məmmədova (PLATO Team)
Uşaqların bu məktəblərə cəlb edilməsi, valideynlərin anadilli məktəblərin mahiyyətini anlaması üçün müəllimlər mütəmadi olaraq valideynlərlə görüşlər keçirirdilər. Bu işdə Azərbaycan dilində ilk məktəblərinin qurulmasında böyük fəaliyyərləri olan Abdulla Şaiqi və Abbas Səhhətin səyləri xüsusi olaraq vurğulanır. “Abdulla Şaiq adına Nümunə məktəbi” Azərbaycanda milli kadrların yetişdirilməsində, dünyəvi proqramları, təlim-tərbiyə üsullarını özündə ehtiva edən anadilli məktəblərin yaradılmasında rol oynamışdır. Abdulla Şaiqin təşəbbüsü ilə bütün dərslər rus dilində keçirilən Bakı I realnı məktəbinin nəzdində Azərbaycan dili üzrə üçaylıq kurs açılmış, bu kursu qurtaran şagirdlər üçün 49 rus sinfi olan Bakı I realnı məktəbində bütün dərslər Azərbaycan dilində keçirilən bir sinif (üçüncü sinif) açılmışdır. Bu sinifdə oxuyan 25 şagird 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar olmuşlar. Məktəb şagirdlərinin xüsusi geyimləri, döş nişanları, çiyinlərinə taxılmış paqonları vardı. Məktəbi bitirəndə şagirdlərə şəhadətnamə verilirdi. Sadalanan bütün bu əşya və sənədlər hal-hazırda Abdulla Şaiqin mənzil muzeyində saxlanılır.
Azərbaycan Demokratik Respublikası mövcud olduğu qısa müddətdə milli tariximizə ilk çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli hərbi təhsil müəssisələri yaradan, ümumi icbari ibtidai təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, məhz Maarif Nazirliyinin vəsatəti əsasında Azərbaycan türkcəsini ilk dəfə dövlət dili elan edən və dövlət dilini ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, təhsil tariximizdə ilk olaraq təhsil müəssisələrinin milliləşdirilməsini və böyük maarifçilərin arzuladıqları anadilli məktəb şəbəkəsi yaratmaq ideyasını gerçəkləşdirən, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə və kimsəsiz uşaqlar üçün xüsusi təhsil müəssisələri təşkil edən, dövlət səviyyəsində azərbaycanlı gənclərin xaricdə ali təhsilinin təməlini qoyan, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq yolunda ilk addım atan demokratik, hüquqi, dünyəvi, sivil, çağdaş bir dövlət kimi daxil oldu. Cümhuriyyət hökuməti sonrakı nəsillər üçün elə bir təməl, elə bir əsas qoydu ki, bütövlükdə XX əsrdə Azərbaycan təhsili, maarifi, elmi və mədəniyyəti bu təməl üzərində formalaşıb inkişaf etdi.
1920-ci ilin aprelində Azərbaycan Demokratik Respublikası Sovet rejimi tərəfindən süquta uğradıqdan sonra yeni yaradılmış Xalq Maarif Komissarlığı elə ilk gündən ana dilində yeni sovet məktəbləri açmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirməyə başladı. Məktəbdə təlim-tərbiyə işinin məzmunu dəyişməyə başlamış, ilahiyyatın tədrisi ləğv edilmişdi. Tarix dərsliklərində hadisələr dövrün tələblərinə uyğun işıqlandırılmış, ədəbiyyat dərslərinin məfkurə istiqaməti başqa səmt almışdı. Türkiyədən gəlmiş müəllimlər öz vətənlərinə geri göndərilir, müəllim kadrlar, dərsliklər, metodiki vəsaitlər çatışmırdı. Kadr çatışmazlığı səbəbindən 16 iyun 1926-cı ildə Nazirlər Kabinetinin iclasında 1926-27-ci dərs ilindən “Nümunə məktəbi”nə şagird qəbulunun dayandırılması haqqında qərar qəbul edilmişdir. Beləliklə, 760 nəfər şagirdin təhsil aldığı “Abdulla Şaiq Nümunə məktəbi”nin fəaliyyətinə son qoyulmuşdur.
Sözsüz ki ziyalılarımız ölkə Sovet İmperiyasının tərkibində olmasına və şimaldan gələn təzyiqlərə rəğmən təhsilimiz və dilimiz uğrunda durmadan çalışırdılar. Bunun nəticələrindən biri olaraq 1926-cı ildə Türk Dünyası ölkələrinin iştirakı ilə Bakıda Birinci Türkoloji Qurultay keçirildi. Qurultayda türk xalqlarının tarixi, dili, təhsil sistemi, əlifbası, mədəniyyəti və s. müzakirə olunmuşdur. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodiki prinsipləri hazırlanaraq
Azərbaycan Demokratik Respublikası mövcud olduğu qısa müddətdə milli tariximizə ilk çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli hərbi təhsil müəssisələri yaradan, ümumi icbari ibtidai təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, məhz Maarif Nazirliyinin vəsatəti əsasında Azərbaycan türkcəsini ilk dəfə dövlət dili elan edən və dövlət dilini ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, təhsil tariximizdə ilk olaraq təhsil müəssisələrinin milliləşdirilməsini və böyük maarifçilərin arzuladıqları anadilli məktəb şəbəkəsi yaratmaq ideyasını gerçəkləşdirən, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə və kimsəsiz uşaqlar üçün xüsusi təhsil müəssisələri təşkil edən, dövlət səviyyəsində azərbaycanlı gənclərin xaricdə ali təhsilinin təməlini qoyan, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq yolunda ilk addım atan demokratik, hüquqi, dünyəvi, sivil, çağdaş bir dövlət kimi daxil oldu. Cümhuriyyət hökuməti sonrakı nəsillər üçün elə bir təməl, elə bir əsas qoydu ki, bütövlükdə XX əsrdə Azərbaycan təhsili, maarifi, elmi və mədəniyyəti bu təməl üzərində formalaşıb inkişaf etdi.
1920-ci ilin aprelində Azərbaycan Demokratik Respublikası Sovet rejimi tərəfindən süquta uğradıqdan sonra yeni yaradılmış Xalq Maarif Komissarlığı elə ilk gündən ana dilində yeni sovet məktəbləri açmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirməyə başladı. Məktəbdə təlim-tərbiyə işinin məzmunu dəyişməyə başlamış, ilahiyyatın tədrisi ləğv edilmişdi. Tarix dərsliklərində hadisələr dövrün tələblərinə uyğun işıqlandırılmış, ədəbiyyat dərslərinin məfkurə istiqaməti başqa səmt almışdı. Türkiyədən gəlmiş müəllimlər öz vətənlərinə geri göndərilir, müəllim kadrlar, dərsliklər, metodiki vəsaitlər çatışmırdı. Kadr çatışmazlığı səbəbindən 16 iyun 1926-cı ildə Nazirlər Kabinetinin iclasında 1926-27-ci dərs ilindən “Nümunə məktəbi”nə şagird qəbulunun dayandırılması haqqında qərar qəbul edilmişdir. Beləliklə, 760 nəfər şagirdin təhsil aldığı “Abdulla Şaiq Nümunə məktəbi”nin fəaliyyətinə son qoyulmuşdur.
Sözsüz ki ziyalılarımız ölkə Sovet İmperiyasının tərkibində olmasına və şimaldan gələn təzyiqlərə rəğmən təhsilimiz və dilimiz uğrunda durmadan çalışırdılar. Bunun nəticələrindən biri olaraq 1926-cı ildə Türk Dünyası ölkələrinin iştirakı ilə Bakıda Birinci Türkoloji Qurultay keçirildi. Qurultayda türk xalqlarının tarixi, dili, təhsil sistemi, əlifbası, mədəniyyəti və s. müzakirə olunmuşdur. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodiki prinsipləri hazırlanaraq əhəmiyyətli bir qərar alındı. 1929-cu ildə isə latın qrafikalı əlifbaya keçid edildi. Lakin Sovet Sosyalist Respublikası heç vaxt bunu dəstəkləməmişdir. Türk Dünyası milli təfəkkürünün öncüllərini məhv etmək Stalinin bu xalqları öz soykökündən qoparmaq və milli kimlik şüurunu onlardan almaq üçün apardığı cani siyasət idi. Sovet birliyi məkanında yaşayan türksoylu ölkələrdən gələn ziyalıların hamısı 1937-38-ci illərdə müxtəlif yerlərdə Stalinin tapşırığı ilə güllələndilər, həbs edildilər və ya sürgünə göndərildilər.
Millət olaraq, xalq olaraq inkişafımızı və ümumilikdə mövcudiyyətimizi davam etdirmək üçün ziyalılarımız tərəfindən əsası qoyulmuş anadilli məktəblərin önəmini və vacibliyini dərk etməli, bu millətin bir fərdi olaraq daim öyrənməli, araşdırmalı və elmə açıq olmalıyıq.